Çərşənbə axşamı, 19.03.2024, 05:06

Menyu
Bölmələr
Inşalar [15]
Referatlar [0]
YouTube
Sorğu
Saytı dəyərləndirin
Səs verib: 30641 nəfər

Məqalələr

Əsas » Məqalələr » Inşalar

Müstəqil Azərbaycan

Müstəqil Azərbaycan

    Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.  Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.

    1998-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır.  Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.

    Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.  Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

Bölmə: Inşalar | Müəllif: sandstorm (15.09.2010)
Baxılıb: 131851 | Şərhlər: 294 | Reytinq: 3.8/780
Bütün şərhlər: 2921 2 3 ... 29 30 »

0

mene AZERBAYCAN GOZELLİKLER MESKENİDİR İNSA LAZİMDİ
Дата публикации: 07.01.2015 [Материал]

0

Opera
Дата публикации: 23.12.2014 [Материал]

+1

BIRDEKI YAZANDA FIKIR VERIN 1918 CI ILIN EVEZINE 1998 CI IL YAZMISIZ BIZ SAVADLIYIQ SACVADLIYIQ TUPOYLAR ELE KOCURECEK
Дата публикации: 13.12.2014 [Материал]

0

bu nediye hec xosuma gelmedi xahis edirem yaxsi insalar yazin mentiwsiz yox axi xahis edirem nolar mene koroglu ile bolu bey dastanindan neleri oyrendin adinda insa lazimdir yaza biliersiz
Дата публикации: 13.12.2014 [Материал]

0

Ela Ela
Дата публикации: 10.12.2014 [Материал]

0

heeeeeeeeee eladi menede bulazimi idi
Дата публикации: 09.12.2014 [Материал]

0

eladi yaz gorum sen qeseyini yaza bilirsen.
Дата публикации: 07.12.2014 [Материал]

0

zordu ele mene bu lazimdi
Дата публикации: 03.12.2014 [Материал]

0

mene azerbaycan yurdum menim haqqinda insa lazimdir
Дата публикации: 02.12.2014 [Материал]

+1

bunu yazan diysesen tarixi bilmir ey orda 1998 evezine 1918 il olmalidi 1918 il may ayinin 28-de memmed emin resulzade terefinden serqde ilk muselman dovletir yaradildi belke bilmeden sef yaziblar yenede yazdixiniza baxinda ne yazibsiz
Дата публикации: 24.11.2014 [Материал]
1-10 11-20 21-30 ... 281-290 291-292
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]