Cümə, 26.04.2024, 20:53

Menyu
Bölmələr
Inşalar [15]
Referatlar [0]
YouTube
Sorğu
Saytı dəyərləndirin
Səs verib: 30641 nəfər

Məqalələr

Əsas » Məqalələr » Inşalar

Heç kəs unudulmur, heç nə yaddan çıxmır
Heç kəs unudulmur, heç nə yaddan çıxmır
 

    Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq. Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini "seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi.
   Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri "Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: "Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir.
    Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək "erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir.
    Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı.
    Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi...
    Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır..
Bölmə: Inşalar | Müəllif: sandstorm (15.09.2010)
Baxılıb: 32284 | Şərhlər: 113 | Reytinq: 4.1/188
Bütün şərhlər: 113« 1 2 ... 9 10 11 12 »

0

Cox pis
Дата публикации: 30.11.2011 [Материал]

0

bu haqqda istemirem axi inwa.bu inwa adinda bawqacur inwa yoxdu.........
Дата публикации: 29.11.2011 [Материал]

0

Movzuya uygun gelmir yazilar. yazilarin coxu insa kitabinda var
Дата публикации: 28.11.2011 [Материал]

0

eee olmadiki bu insa kitabinda var daaaa..... hec bir ise yaramirdaaaa :(( yalandan yazib ozuvuze ezyet vermiyin @!!@@@!!!!@@@!!@@@. Bu insaya 5 yazan mellimin savadi yoxdu ..
Дата публикации: 31.10.2011 [Материал]

0

eeeee insa kitabinda varda bunlar
Дата публикации: 27.10.2011 [Материал]

0

DIGER INSALARI BILMIRE AMMA BU INSA MUBARIZ ABDULLAYEVIN YAZDIQI INSADIR}}}ONA GOREDE LAZIMIM OLMADI}}YENEDE EZIYYET CEKENLERE TEWEKKURLER
Дата публикации: 17.10.2011 [Материал]

0

mence mezmunu uygunnelmedi ona gore yaza bilmeyecem ama saytda diger inslarda var onalar superdi birde teze movzularda elave eleyinde meselen sairlerin eserleri haqqinda saytda var e haci qara onun kimi insallhah ele xeberler qoyarsiniz
Дата публикации: 16.10.2011 [Материал]

0

SUPEER TAPDIM VE BEYENDIM..TESHEKKURLER.......
Дата публикации: 09.10.2011 [Материал]

0

yeeeeeeeees tapdim. Minnetdaram.
Дата публикации: 07.10.2011 [Материал]

0

insalar cox gozel ve aciqdi .cox beyendim hetta yoxlama insadan 5 de 5 aldim
Дата публикации: 24.04.2011 [Материал]
1-10 11-20 ... 81-90 91-100 101-110 111-113
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]