Çərşənbə axşamı, 19.03.2024, 11:18

Menyu
Bölmələr
Inşalar [15]
Referatlar [0]
YouTube
Sorğu
Saytı dəyərləndirin
Səs verib: 30641 nəfər

Məqalələr

Əsas » Məqalələr » Inşalar

Həyatda kimdən nümunə götürmək istərdim?

Həyatda kimdən nümunə götürmək istərdim?


    Xalqa, vətənə qəlbən bağlı olan, həyatları boyu əməl-saleh işlər görən insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüz də gələcəyimizi onlar kimi qurmağı arzulayırıq. Valeh olduğum insan kimdir? Həyatda kimə oxşamaq, kimdən nümunə götürmək istərdim ? Əvvələr hər bir gənc kimi, məndə tez-tez bu kimi suallarla baş-başa qalırdım. İlk vaxtlarda fikirlərim haçalanırdı. Ayrı-ayrı tarixi simalar, görkəmli şəxsiyyətlər arasında müqayisələr apardıqdan sonra nəhayət mövqeyimi dəqiqləşdirmişəm.

    İndi mən yuxarıdakı suallara tərəddüd etmədən belə cavab verərdim: "Həyatda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yolunu tutmaq, ona oxşamaq istərdim". Mən öz seçimimi təsadüfən etməmişəm. Bu gün hər bir azərbaycanlının adını iftixarla çəkdiyi, özünə mənəvi dayaq sandığı H.Z.Tağıyevin həyatını ətraflı öyrəndikdən sonra bu qənaətə gəlmişəm. H.Z.Tağıyevin həyatı humanistliyin, insanpərvərliyin zirvəsində dayana biləcək faktlarla zəngindir. O, milyonçu idi. XIX əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda neft hasilatının sürətlə artması bir çoxları kimi kasıb həyat sürən, bənnalıq etməklə birtəhər çörəkpulu qazanan H.Z.Tağıyevi də varlı-hallı adamlar sırasına çıxarır. Tezlikə o, böyük sərvətə sahib olur. Lakin həyatının dəyişməsi, var-dövlətinin artması H.Z.Tağıyevin xarakterini dəyişmir. O, ana torpağın sərvəti və özünün böyük zəhməti hesabına qazandığı milyonlarla ətrafdakı kasıblara əl tutmağı, onların dolanışığını yüngülləşdirməyə kömək etməyi özünə borc bilirdi.

    Çətinliyə düşən insanlar onun adını ümidlə çəkirdilər. H.Z.Tağıyev mütərəqqi fikirli, millətin sabahını düşünən bir insan olmuşdur. Həmvətənlərinin elmdən, təhsildən uzaq düşmələri, öz hüquqlarını bilməmələri bu humanist insanı bərk incidirdi. O, millətin nümayəndələrinin, ələlxüsus da hüquqsuz vəziyyətdə yaşayan müsəlman qadınlarının maariflənməsi üçün yollar axtarırdı. H.Z.Tağıyevin Bakıda açdığı qızlar məktəbində çoxlu sayda müsəlman qadınları təhsil almışdır. Bundan başqa, vətənpərvər milyonçu azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali məktəblərində yüksək səviyyəli təhsil almalarına da məmnuniyyətlə vəsait ayırırdı.

    H.Z.Tağıyevin tikdirdiyi binalar bu gün də doğma Bakımızın ən gözəl memarlıq abidələri sırasındadır. Vaxtı ilə Tağıyevin şəxsi mülki olan imarətdə isə Azərbaycan Tarix Muzeyi yerləşir. H.Z.Tağıyevi öz şəxsi vəsaitini məktəb, teatr tikintisinə, gimnaziyalar açılmasına, ana dilində qəzetlər, jurnallar çap olunmasına, azərbaycanlı gənclərin başqa şəhərlərdə təhsil almalarına, kasıb insanların həyat şəraitlərinin yaxşılaşmasına xərcləməyə vadar edən nə idi ? Yox Hacını bu işlərə pul xərcləməyə heç kim məcbur eləmirdi. Sadəcə Hacı böyük vətənpərvər idi, onun qəlbində xalqını, Vətənini dərin məhəbbətlə sevən ürək döyünürdü. Bir dəfə bədxahlar Hacını nüfuzdan salmaq üçün onun Azərbaycandan köçəcəyi barədə şayiələr yayırlar. H.Z.Tağıyev dərhal mətbuat vasitəsi ilə belə şayiələrə cavab olaraq bildirir ki, Azərbaycan onun dədə-baba yurdudur və o buradan heç yerə köçmək fikrində deyildir. 

    Hacını bir şəxsiyyət kimi xarakterizə edən belə müsbət keyfiyyətlər çoxdur. Buna görə də mən də həyatda onun kimi Vətənə, xalqa xidmət yolu tapmaq istəyirəm. H.Z.Tağıyevin həyatını öyrənərkən gəldiyim qənaət belədir ki, insan gərək heç vaxt öz keçmişini unutmasın və xalqının xöşbəxtliyindən kənarda öz şəxsi xöşbəxtliyini axtarmağa çalışmasın.


Bölmə: Inşalar | Müəllif: sandstorm (15.09.2010)
Baxılıb: 20807 | Şərhlər: 62 | Reytinq: 4.0/135
Bütün şərhlər: 621 2 3 ... 6 7 »

0

Eee bu nedi ee yaza bilmedim hecde yaxwi deyildi
Дата публикации: 09.12.2014 [Материал]

+1

Nümune götürmeye başqa adam yoxdu?
Дата публикации: 01.05.2014 [Материал]

0

eeeeeeeeeeeee
Дата публикации: 28.04.2014 [Материал]

0

bu nece inwalardi yee veriller yazmaga ozude 3 sehife sinifde de hami internetden yazir ona gore men yaza bilmirem off bilmirem neyniyim men ailemden yazacam
Дата публикации: 26.04.2014 [Материал]

0

bleee her yerde eynidir
Дата публикации: 24.04.2014 [Материал]

0

cox yaxsi amma her yerde bundan var daaaaaa. neye milleti aldadirsiz?
Дата публикации: 24.04.2014 [Материал]

0

Insa_Kitabindada_Eyni_Seydi!!!"
Дата публикации: 14.04.2014 [Материал]

0

halal olsun haci zeynalabdin tagiyeve allah rehmet elsin
Дата публикации: 29.03.2014 [Материал]

0

Cox yaxsi insa idi ammma mene indiki zemanede yaxsiliq eden biri haqqinda insa lazimdir.
Дата публикации: 12.03.2014 [Материал]

0

yaxsidirr**))
Дата публикации: 20.02.2014 [Материал]
1-10 11-20 21-30 ... 51-60 61-62
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]